Qelebə.az / Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb

Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb

4-06-2025, 13:32

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.

Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib.

Geri qayıt