Qelebə.az / “Şamaxı” komandasının yay hazırlıq planı açıqlanıb

“Şamaxı” komandasının yay hazırlıq planı açıqlanıb

4-06-2025, 16:32

“Şamaxı” futbol komandasının yay hazırlıq planı məlum olub.

Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-də bitəcək.

Komanda hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların vaxtı hələlik məlum deyil.

Geri qayıt