Azərbaycan yığması texnikalı futbolçulardan ibarət komandadır.
"QELEBE.AZ"un Belarusa ezam olunan əməkdaşı xəbər verir ki, bunu mətbuat konfransında adı çəkilən ölkənin U-21 millisinin baş məşqçisi Vitali Pavlov deyib.
Mütəxəssis Azərbaycan millisi ilə Baranoviçi şəhərində keçirilən yoxlama oyunu barədə danışıb:
"Qələbə qazandığımız üçün sevinirik. Rəqib keyfiyyətli, texnikalı futbolçulardan ibarət komandadır. İlk hissədə də bunu göstərdi".
Qeyd edək ki, qarşılaşma Belarus seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yığma iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.