Qelebə.az / Yığmamız İsveçə yollanıb

Yığmamız İsveçə yollanıb

5-06-2025, 10:39

Avropa Gümüş Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi ilk turun oyunları üçün bu gün İsveçə yola düşüb.

QELEBE.AZ xəbər verir ki, yığmamız yarışda ilk oyununu iyunun 6-da ev sahibi İsveçə qarşı keçirəcək.

Növbəti qarşılaşma iyunun 7-də baş tutacaq. Həmin gün rəqibimiz Gürcüstan millisi olacaq.

Qeyd edək ki, millimizin Avropa Gümüş Liqasındakı ikinci tur oyunları iyunun 13-15-də Azərbaycanda, üçüncü tur isə ayın 20-22-də Farer adalarında təşkil olunacaq.

Geri qayıt