Qelebə.az / AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

AKAF məşqçilər üçün seminarlar təşkil edəcək

21-12-2022, 14:51

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) məşqçilər üçün seminarlar təşkil edəcək.

“QELEBE.AZ”un məlumatına görə, bu barədə qurumun baş katibi Fərhad Əliyev 2022-ci ilin yekunlarına həsr olunan illik hesabat konfransı zamanı açıqlama verib.

O bildirib ki, bununla bağlı Milli Olimpiya Komitəsi ilə danışıqlara start verilib: “Gələn ildən seminarlara başlayacağıq. Hazırda tarixlər seçilir. Bundan sonra məşqçilər üçün seminarların hansı aylarda olacağı ilə bağlı qərar qəbul ediləcək”.

Geri qayıt