Qelebə.az / "Mançester Yunayted" afrikalı hücumçunun transferi üçün 60 milyon funt-sterlinq təklif edib

"Mançester Yunayted" afrikalı hücumçunun transferi üçün 60 milyon funt-sterlinq təklif edib

7-06-2025, 10:46

İngiltərə təmsilçisi "Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonu transfer etmək üçün klubuna 60 milyon funt-sterlinq təklif edib.

"QELEBE.AZ" ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı hücumçunun keçidini tez başa çatdırmaq niyyətindədir.

Kamerunlu oyunçu da məhz bu komandada çıxış etmək istəyir.

Qeyd edək ki, Brayan Mbeumo 2024/2025 mövsümündə "Brentford"da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt