Qelebə.az / "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il

"Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il

9-06-2025, 10:24

“Turan Tovuz” kapitanını buraxmayıb. 

QELEBE.AZ saytına verilən məlumata görə, Tovuz təmsilçisi Şəhriyar Əliyevə yeni müqavilə təklif edib.

Tərəflər arasında müqavilə müddəti artırılıb. O, daha 1 il “Turan Tovuz”un şərəfini qoruyacaq. 

32 yaşlı müdafiəçi “Bakı”, “Qarabağ”, “Kəpəz”, “Sumqayıt”, “Keşlə”(indiki “Şamaxı”) klublarında oynadıqdan sonra 2022-ci il iyulun 1-də “Turan Tovuz”a keçmişdi.

Geri qayıt