Qelebə.az / Azərbaycan millilərinin Avropa çempionatının birinci mərhələsindəki rəqibləri bəlli olub

Azərbaycan millilərinin Avropa çempionatının birinci mərhələsindəki rəqibləri bəlli olub

10-06-2025, 12:30

17 və 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandalarının 2025/2026 mövsümü üzrə Avropa çempionatının birinci mərhələsindəki rəqibləri bəlli olub.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17 Uels, Kosovo və Moldova yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 5-ci qrupunda qərarlaşan U-19 isə Sloveniya, Şimali Makedoniya və Gürcüstan seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında keçiriləcək. Turnirin təşkil olunacağı ölkələr və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

Geri qayıt