Qelebə.az / “Seltik” yetirməsi ilə 5 illik müqavilə imzalayıb

“Seltik” yetirməsi ilə 5 illik müqavilə imzalayıb

11-06-2025, 14:53

“Arsenal”ın futbolçusu Kiran Tirni karyerasını Şotlandiyada davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, cinah müdafiəçisi “Seltik”ə keçib.

Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tirni “Seltik”in yetirməsidir. O, 2019-cu ildə klubdan ayrılmışdı.

Geri qayıt