Qelebə.az / Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

Millilərimiz Qızıl Avropa Liqasında növbəti oyunlarını keçirəcəklər

13-06-2025, 09:34

Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.

Apasport.az xəbər verir ki, qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Xorvatiya ilə üz-üzə gələcək.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Lüksemburqla qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək. 

Görüş saat 18:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Geri qayıt