Qelebə.az / Yığmamız Lüksemburqa uduzdu

Yığmamız Lüksemburqa uduzdu

14-06-2025, 00:41

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Avropa Gümüş Liqasında növbəti matçına çıxıb.

QELEBE.AZ xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma Bakıda Lüksemburqla qarşılaşıb.

2 oyundan sonra aktivində 3 xalı olan voleybolçularımız Lüksemburqla qarşılaşıblar. Oyun mərkəzi avropalıların üstünlüyü ilə keçib. Millimiz hər üç setdə məğlub olub.

Avropa Gümüş Liqası
III tur
18:00. Lüksemburq - Azərbaycan - 3:0 (25:20, 25:19, 25:21)
Hakimlər: 
Çevril Ebru Kaya (Türkiyə), Miroslav Yuraçek (Slovakiya)

Geri qayıt