Qelebə.az / PSJ ukraynalı müdafiəçi ilə razılığa gəlib

PSJ ukraynalı müdafiəçi ilə razılığa gəlib

16-06-2025, 11:21

Fransanın PSJ klubu İngiltərə təmsilçisi "Bornmut"un ukraynalı müdafiəçisi İlya Zabarnıy ilə prinsipial razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər 5 illik müqavilənin şərtlərini razılaşdırıblar. Lakin 22 yaşlı müdafiəçi üçün ödənişlərin bəzi detalları ilə bağlı danışıqlar aparır.

Qeyd edək ki, İ.Zabranıy 2024/2025 mövsümündə Premyer Liqada 36 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Geri qayıt