Qelebə.az / Klublararası dünya çempionatının oyunu əlverişsiz hava şəraiti səbəbindən yarımçıq qalıb

Klublararası dünya çempionatının oyunu əlverişsiz hava şəraiti səbəbindən yarımçıq qalıb

19-06-2025, 21:51

Klublararası dünya çempionatında qrup mərəhləsinin II turunda qarşılaşan Braziliyanın “Palmeyras” və Misirin “Əl-Əhli” klublarının oyunu əlverişsiz hava şəraiti səbəbindən yarımçıq qalıb.

"QELEBE.AZ"un məlumatına görə, ABŞ-də baş tutan A qrupunun görüşü ikinci hissədə dayandırılıb.

Həmin vaxt "Palmeyras" hesabda 2:0 öndə olub.

Qeyd edək ki, daha əvvəl “Paçuka” (Meksika) və “Zaltsburq” (Avstriya) klubları arasında reallaşan I turun matçı əlverişsiz hava səbəbindən yarımçıq saxlanılıb. “Ulsan” (Cənubi Koreya) – “Mamelodi Sandaunz” (Cənubi Afrika) matçı isə tufana görə 1 saat ləngiyib.

Geri qayıt