Qelebə.az / "Neftçi"nin rəqibləri bəlli olub

"Neftçi"nin rəqibləri bəlli olub

20-06-2025, 16:14

“Neftçi” 2025/2026-cı illər mövsümü üçün hazırlığa start verib.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 25-dən iyulun 14-dək Bakıda, “Neftçi” Futbol Mərkəzində keçəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 15-dan avqustun 2-dək Polşanın Keltse şəhərində reallaşacaq. “Binkovski Hotel”də məskunlaşacaq komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar 17, 22, 27 iyul və 1 avqust tarixlərində baş tutacaq. Üçüncü matçda rəqib “Asteras Tripolis” (Yunanıstan), sonuncuda isə AEL (Kipr) olacaq. Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.

Geri qayıt