Qelebə.az / Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq

Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq

20-06-2025, 15:46

Futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi əcnəbi olacaq.

"Report"un əldə etdiyi məlumata görə, Vitali Borisovla yolları ayıran Futzal Federasiyasının rəhbərliyi komandanı Yevgeni Kukseviçə tapşırmağı qətiləşdirib.

Hazırda son ölkə çempionu "Araz-Naxçıvan"ı çalışdıran rusiyalı mütəxəssis millinin baş məşqçi postuna yeganə namizəddir. Oyun təyinatı AFFA İcraiyyə Komitəsinin iclasında rəsmiləşəcək.

Geri qayıt