İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem" yetirməsi Dante Kassanova ilə müqaviləsini yeniləyib.
QELEBE.AZ xəbər verir ki, komanda 20 yaşlı müdafiəçi ilə 2 illik yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, yamaykalı futbolçu 2020-ci ildən "Tottenhem"in alt yaş kateqoriyalarında çıxış edir.