Qelebə.az / Yığmamız beynəlxalq turnirdə çempion olub

Yığmamız beynəlxalq turnirdə çempion olub

21-06-2025, 19:26

Qazaxıstanın Atrau şəhərində 14 yaşa qədər oğlanlar arasında "Airom Cup" beynəlxalq basketbol turnirinin final oyunu baş tutub.

QELEBE.AZ xəbər verir ki, final görüşünə vəsiqə qazanmış U-14 yığmamız finalda Gürcüstanın "Kutaisi" komandası ilə qarşılaşıb və rəqibinə 64-41 hesabı ilə qalib gəlib.

Bütün rəqibləri üzərində inamlı qələbələr əldə etmiş U-14 yığmamız "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.

Geri qayıt