Qelebə.az / “UFC Fight Night”: Nazim Sadıxov Bakıda braziliyalı rəqibini vaxtından əvvəl məğlub edib

“UFC Fight Night”: Nazim Sadıxov Bakıda braziliyalı rəqibini vaxtından əvvəl məğlub edib

22-06-2025, 00:01

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan təmsilçisi Nazim Sadıxov Braziliyadan olan Nikolas Motta ilə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə Sadıxov qalib gəlib. O, ikinci raundda rəqibini nokautla məğlub edib.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə qarşılaşacaq.

Geri qayıt