Qelebə.az / Bakıdakı UFC turnirində əsas döyüşlər başlayıb, tacikistanlı idmançı qələbə qazanıb

Bakıdakı UFC turnirində əsas döyüşlər başlayıb, tacikistanlı idmançı qələbə qazanıb

21-06-2025, 23:39

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində əsas görüşlərə start verilib.

"Report"un məlumatına görə, ilk olaraq Məhəmməd Nayimov (Tacikistan) Boqdan Qradla (Avstriya) üz-üzə gəlib.

Yarım yüngül çəkidəki qarşılaşmada Tacikistan təçsilçisini rəqibini üç raundun yekununda məğlub edib.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

Geri qayıt