Qelebə.az / Azərbaycan təmsilçisi Rafael Fiziyev UFC turnirində qələbə qazanıb

Azərbaycan təmsilçisi Rafael Fiziyev UFC turnirində qələbə qazanıb

22-06-2025, 01:38

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə üz-üzə gəlib.

Fiziyev rəqibini məğlub edib.

“UFC Fight Night”ın əsas döyüşündə ABŞ döyüşçüləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya qalib gəlib, Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.

Geri qayıt