Qelebə.az / "Roma" islandiyalı yarımmüdafiəçini transfer siyahısına salıb

"Roma" islandiyalı yarımmüdafiəçini transfer siyahısına salıb

23-06-2025, 11:34

İtaliyanın "Roma" klubu "Lill"in (Fransa) yarımmüdafiəçisi Arnar Haraldssonu transfer etmək istəyir.

"Report" "Leggo"ya istinadən xəbər verir ki, 22 yaşlı islandiyalı futbolçu paytaxt klubunun transfer siyahısına salınıb.

A.Haraldsson 2024/2025 mövsümündə "Lill"in heyətində bütün yarışlarda meydana çıxdığı 38 matçda 8 qola və 4 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, onun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.

Geri qayıt