Qelebə.az / Azərbaycanın basketbol millisi Qazaxıstanda çempion olub

Azərbaycanın basketbol millisi Qazaxıstanda çempion olub

25-06-2025, 16:50

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atırau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

U-16 yarışın son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubunu 68:32, Rusiyanın "MBU Volqoqrad" komandasını isə 58:47 hesabı ilə üstələyib.

Qeyd edək ki, milli çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıb.

Geri qayıt