Qelebə.az / “Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub

26-12-2022, 10:02

Türkiyənin “Qalatasaray” klubunun liderlik həsrəti sona çatıb.

QELEBE.AZ saytı xəbər verir ki, bu, Super Liqanın XV turunda “İstanbulspor”a qalib gəldiyi görüşdən sonra baş verib.

Evdə rəqibini 2:1 hesabı ilə məğlub edən “cim-bom” 662 gündən sonra turnir cədvəlində ilk sıraya yüksəlib. Çempionatda ardıcıl dördüncü qələbəsini qazanan “sarı-qırmızılar” 30 xalla ən yaxın izləyicisi “Fənərbaxça”nı 1 xal qabaqlayır.

Qeyd edək ki, “Qalatasay” növbəti turda “Sivasspor”un qonağı olacaq.

Geri qayıt