İtaliya A Seriyası təmsilçilərindən "Napoli" futbolçusu ilə müqavilə yeniləyib.
QELEBE.AZ xəbər verir ki, komanda Aleks Meretin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı qolkiperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Napoli" Aleks Mereti 2018-ci ilin yayında "Udineze"dən transfer edib.
İtaliya millisinin üzvü ötən mövsüm Neapol təmsilçisinin heyətində 25 rəsmi matçda çıxış edib.