Mahir Emreli “Kayzerslauter”də ilk oyununa çıxıb.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Lüksemburqun “Saar” klubuna qarşı yoxlama matçında debüt edib.
45 dəqiqədə meydanda olan Emreli 43-cü dəqiqədə komandasının 5-ci qolunu vurub.
O, fasilədə əvəzlənib. Qarşılaşma “Kayzerslautern”in 19:0 hesablı qələbəsi ilə yekunlaşıb.