Qelebə.az / Jezuş “Əl-Nəsr” yolunda

Jezuş “Əl-Nəsr” yolunda

29-06-2025, 15:49

"Əl-Nəsr"in yeni baş məşqçisi bəlli olub.

QELEBE.AZ xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini Jorje Jezuş çalışdıracaq.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Keçiddə "Əl-Nəsr"in portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldonun vasitəçi olduğu bildirilir. Jezuş bu postda Stefano Piolini əvəz edəcək.

Qeyd edək ki, 70 yaşlı mütəxəssis mayın əvvəlində "Əl-Hilal"ı tərk edib. 

Geri qayıt