Qelebə.az / “Bayer Leverkuzen” Virtzə əvəzləyici tapdı

“Bayer Leverkuzen” Virtzə əvəzləyici tapdı

30-06-2025, 15:22

Erik Ten Haqın gəlişi ilə heyətdə dəyişikliklərə gedən “Bayer” daha bir oyunçu ilə anlaşıb.

QELEBE.AZ xəbər verir ki, Bundesliqa təmsilçisi PSV-dən Malik Tillman ilə razılıq əldə edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

“Bayer” ABŞ millisinin üzvü üçün PSV-yə 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi “Bavariya”nın yetirməsidir.

Geri qayıt