Qelebə.az / "Fənərbaxça" Şkrinyarla danışıqları davam etdirir

"Fənərbaxça" Şkrinyarla danışıqları davam etdirir

1-07-2025, 20:54

Super Liqa təmsilçilərindən "Fənərbaxça" Milan Şkrinyarı komandada saxlayacaq. 

QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Mənbənin sözlərinə görə, "sarı-lacivərdlilər" müdafiəçini komandada saxlamağa çalışır. Hazırda tərəflər arasında danışıqlar davam edir. 

"Fənərbaxça" Con Durandan sonra Şkrinyarla da yeni müqavilə imzalamağa hazırlaşır. 

 

Geri qayıt