Qelebə.az / Çempionlar Liqası: "Sabah"ın müntəzəm mövsümdəki rəqibləri bu gün bəlli olacaq

Çempionlar Liqası: "Sabah"ın müntəzəm mövsümdəki rəqibləri bu gün bəlli olacaq

2-07-2025, 09:05

"Sabah" basketbol komandasının Çempionlar Liqasının müntəzəm mövsümündəki rəqibləri bu gün bəlli olacaq.

"QELEBE.AZ"un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Lozanna şəhərində baş tutacaq.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Azərbaycan çempionu püşkatmaya üçüncü səbətdən qoşulacaq.

Çempionlar Liqası, müntəzəm mövsüm

1-ci səbət: "AEK Betsson" (Yunanıstan), "Alba Berlin" (Almaniya), "Qalatasaray" (Türkiyə), "Juventut Badalona", "Tenerife", "Unikaxa", "Dreamland" (İspaniya), "Ritas Vilnüs" (Litva)

2-ci səbət: "Era Numburk" (Çexiya), "Filou Kostende" (Belçika), "Hapoel Netanel Holon" (İsrail), "İqokea" (Bosniya və Herseqovina), "Benfika" (Portuqaliya), "Tofaş" (Türkiyə), "Riqa" (Latviya)

3-cü səbət: "Bney Herzliya" (İsrail), "Çolet" (Fransa), "Legiya" (Polşa), "Le mans Sarthe" (Fransa), "Mersin İdman Klubu" (Türkiyə), "Sabah" (Azərbaycan), "Szolnoki" (Macarıstan), "Vurzburq Baskets" (Almaniya)

4-cü səbət: "Karditsa İaponiki" (Yunanıstan), “MLP Akademiks” (Almaniya), “Pallakanestro”, "Trapani" (hər ikisi İtaliya), "Spartak Office Shoes" (Serbiya).

Geri qayıt