Qelebə.az / "Yuventus" "Real"ın futbolçusunu icarəyə götürə bilər

"Yuventus" "Real"ın futbolçusunu icarəyə götürə bilər

4-07-2025, 12:01

İspaniyanın "Real" klubu futbolçusu Endriki icarəyə verə bilər.

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi "Yuventus" 18 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.

Braziliyalı oyunçunun 2025/2026 mövsümündə az forma şansı əldə edəcəyi gözlənilir. Ona görə də başqa komandaya icarəyə verilmək ehtimalı yüksəkdir.

Qeyd edək ki, Endrik 2024/2025 mövsümündə 37 matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt