Qelebə.az / Belçika yığmasının üzvü karyerasını İngiltərədə davam etdirəcək

Belçika yığmasının üzvü karyerasını İngiltərədə davam etdirəcək

6-07-2025, 20:03

Belçika yığmasının və "Brügge"nin futbolçusu Maksim de Keyper karyerasını İngiltərənin “Brayton” klubunda davam etdirəcək.

“Report” London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, De Keyper "Brügge"nin heyətində ümumilikdə 114 matçda meydana çıxıb, 9 qol və 22 məhsuldar ötürmə müəllifi olub.

Geri qayıt