Qelebə.az / Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

Şahin Diniyev "Səbail"in baş məşqçisi olub

28-12-2022, 19:48

"Səbail" klubunun yeni baş məşqçisi bəlli olub.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" Şahin Diniyevə tapşırılıb.

Mütəxəssis bu postda Mahmud Qurbanovu əvəzləyib. Onun müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Şahin Diniyev daha əvvəl "Qarabağ", "Kəpəz", "Rəvan" və Azərbaycan millisinin baş məşqçisi olub.

Geri qayıt