Qelebə.az / Avropa Liqası: Sloveniya klubu "Sabah"la oyundan bir gün əvvəl Bakıya gələcək

Avropa Liqası: Sloveniya klubu "Sabah"la oyundan bir gün əvvəl Bakıya gələcək

7-07-2025, 16:03

Sloveniyanın "Sele" klubu "Sabah"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan bir gün əvvəl Bakıya gələcək.

Bu barədə "Report"a Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Onun sözlərinə görə, rəqib komanda iyunun 9-da, səhər saatlarında ölkəmizdə olacaq:

"Sloveniyadan qarşılaşma üçün azarkeşlərin gəlməsi gözlənilmir. Lakin iki media nümayəndəsi Bakıya səfər edəcək".

Qeyd edək ki, “Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Geri qayıt