Qelebə.az / Şesni "Barselona" ilə müqaviləsini uzadıb

Şesni "Barselona" ilə müqaviləsini uzadıb

8-07-2025, 01:23

Polşalı qapıçı Voyçex Şesni "Barselona" ilə müqaviləsini uzadıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə “mavi qranatlar”ın mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər hesablanıb.

Xatırladaq ki, Şesni ötən ilin oktyabrında “Barselona”nın heyətinə qoşulub. O, ciddi zədə alan Mark-Andre ter Ştegeni əvəzləmək üçün karyerasını bərpa edib.

Geri qayıt