Qelebə.az / SOCAR Türkiyənin I Liqa təmsilçisinin forma sponsoru olub

SOCAR Türkiyənin I Liqa təmsilçisinin forma sponsoru olub

10-07-2025, 14:29

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin I Liqa təmsilçisi “İğdır” klubunun forma sponsoru olub.

“Report” xəbər verir ki, bu barədə qurumun Türkiyədəki törəmə şirkəti - “SOCAR Türkiye” məlumat yayıb.

Klubla müqavilə müddəti 2025/2026 mövsümünü əhatə edəcək. Rəsmi oyunlarda şirkətin loqosu futbolçuların formalarının ön hissəsində yer alacaq.

Qeyd edək ki, SOCAR eyni zamanda Türkiyə Superliqası təmsilçisi “Qalatasaray”a sponsorluq edir.

Geri qayıt