Qelebə.az / İtaliya klubu 39 yaşlı hücumçunun transferini açıqlayıb

İtaliya klubu 39 yaşlı hücumçunun transferini açıqlayıb

10-07-2025, 17:35

İtaliyanın "Fiorentina" klubu 39 yaşlı hücumçu Edin Dzekonun transferini açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Onunla 1 illik müqavilə bağlanıb.

E.Ceko ötən mövsüm "Fənərbağça"nın heyətində 53 oyuna çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə edib. O, əvvəllər "Volfsburq", "Mançester Siti", "Roma" və "İnter" kimi tanınmış klublarda da oynayıb.

Geri qayıt