Qelebə.az / "Sabah" doğma meydanda Sloveniya klubuna məğlub olub

"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub olub

10-07-2025, 22:29

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” birinci təsnifat mərhələsində ilk oyununa çıxıb.

APA xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivini qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində Pavol Şafranko dubl edib.

Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada təşkil olunacaq.

Geri qayıt