Qelebə.az / Məşhur futbolçunun oğlu İngiltərə klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb

Məşhur futbolçunun oğlu İngiltərə klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb

12-07-2025, 09:16

İngiltərə millisinin keçmiş futbolçusu Rio Ferdinandın oğlu Lorenz 18 yaşında ilk peşəkar müqaviləsini imzalayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, gənc qapıçı İngiltərənin "Brayton" klubu ilə anlaşıb.

Lorenz R.Ferdinandın beş oğlu arasında ən böyüyüdür.

Qeyd edək ki, "Brayton" İngiltərə Premyer Liqasının son mövsümünü 8-ci pillədə başa vurub.

Geri qayıt