Qelebə.az / Argentinalı futbolçu Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib

Argentinalı futbolçu Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib

13-07-2025, 16:25

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Alexandro Qarnaçonun karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək imkanı olub.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

21 yaşlı argentinalı cinah yarımmüdafiəçisi hazırkı transfer dönəmində "Əl-Nəsr"in təklifini rədd edib.

Qeyd edək ki, "Əl-Nəsr"də Portuqaliya millisinin ulduz oyunçusu Kriştianu Ronaldu da çıxış edir.

Geri qayıt