Qelebə.az / Klublararası Dünya Çempionatının finalında qalmaqal - VİDEO

Klublararası Dünya Çempionatının finalında qalmaqal - VİDEO

14-07-2025, 09:35

Ötən gün FIFA Klublararası Dünya Çempionatının final qarşılaşması baş tutub.

Apasport.az xəbər verir ki, həlledici oyunda “Çelsi” və PSJ komandaları üz-üzə gəlib.

Görüş londonluların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Final fitindən sonra PSJ-nin baş məşqçisi Luis Enrike ilə “Çelsi”nin yeni transferi Joao Pedro arasında mübahisə yaşanıb.

Mübahisə zamanı ispaniyalı mütəxəssis futbolçunun çənəsindən tutaraq onu itələyib.

Həmin kadrları təqdim edirik:

Geri qayıt