Qelebə.az / "Kəpəz" Premyer Liqanın debütantı ilə qarşılaşacaq

"Kəpəz" Premyer Liqanın debütantı ilə qarşılaşacaq

14-07-2025, 15:49

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Kəpəz"in yoxlama oyunları üçün daha bir rəqibi məlum olub.

Apasport.az xəbər verir ki, "Sarı-göylər" çempionatın debütantı olan "Karvan" ilə qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Matç iyulun 16-da Mingəçevirdə keçiriləcək. Görüş saat 18:00-da başlayacaq.

Geri qayıt