Qelebə.az / “Dadaşov bizə uyğun hücumçudur”

“Dadaşov bizə uyğun hücumçudur”

15-07-2025, 18:29

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun “Motor Lublin”ə keçdiyini xəbər vermişdik.

Apasport.az xəbər verir ki, Polşa təmsilçisinin idman direktoru Pavel Qolanski oyunçunun transferi haqda klubun mətbuat xidmətinə danışıb:

“Dadaşov bizə uyğun hücumçudur. Hava mübarizələrində yaxşıdır, rəqib müdafiəsində çox hərəkətlidir. O, Avropanın güclü liqalarında oynayıb. Son altı ayı da Polşada keçirib və liqanı tanıyır”.

Geri qayıt