Qelebə.az / Premyer Liqa təmsilçisi "Çelsi"nin qapıçısını transfer edib

Premyer Liqa təmsilçisi "Çelsi"nin qapıçısını transfer edib

16-07-2025, 18:29

İngiltərə Premyer Liqası təmsilçisi "Bornmut" "Çelsi"nin qapıçısı Corce Petroviçi transfer edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Petroviç ötən mövsüm icarə əsasında Fransa təmsilçisi "Strasburq"da çıxış edib və Liqa 1-də 31 oyuna çıxıb.

Geri qayıt