Qelebə.az / "Qarabağ" Mərakeş millisinin futbolçusunu transfer edib

"Qarabağ" Mərakeş millisinin futbolçusunu transfer edib

17-07-2025, 20:24

"Qarabağ" Mərakeş millisinin futbolçusunu transfer edib.

Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, Ağdam təmsilçisi mərkəz müdafiəçisi Sami Mmai ilə anlaşıb.

O, "köhlən atlar"ın heyətində 3 nömrəli formanı geyinəcək.

28 yaşlı oyunçu son olaraq Xorvatiyada "Dinamo"nun (Zaqreb) formasını geyinib.

Geri qayıt