Qelebə.az / “Sabah”ın Konfrans Liqasındakı rəqibi bəlli olub

“Sabah”ın Konfrans Liqasındakı rəqibi bəlli olub

18-07-2025, 01:37

UEFA Avropa Liqası ilə vidalaşan “Sabah” mübarizəsini Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

QELEBE.AZ xəbər verir ki, Bakı təmsilçisi Moldova klubu “Petrokub”la qarşılaşacaq.

Komandalar arasında ilk oyun iyulun 24-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Xatırladaq ki, “Petrokub” turnirin I təsnifat mərhələsində Malta təmsilçisi “Birkirkara”nı iki oyunun nəticəsinə görə üstələyib – 0:1, 3:0.

Qeyd edək ki, “Sabah” Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya klubu “Selye” ilə mübarizədə turnirdən kənarda qalıb – 2:3, 3:3.

Geri qayıt