Qelebə.az / “Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

2-01-2023, 14:37

Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Kəpəz”in yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

“QELEBE.AZ” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də keçiriləcək ilk görüşdə “sarı-göylər” Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcəklər.

Tərlan Əhmədovun komandası yanvarın 16-da Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq.

Ayın 18-də reallaşacaq son matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.

Geri qayıt