Qelebə.az / “Neftçi”nin oyununun başlama vaxtı bəlli olub

“Neftçi”nin oyununun başlama vaxtı bəlli olub

21-07-2025, 12:01

“Neftçi” iyulun 22-də Polşa təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

QELEBE.AZ xəbər verir ki, “ağ-qaralar” yerli “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək oyun “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.

Qeyd edək ki, ilk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “ağ-qaralar” digər sınaq matçlarında iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.

Geri qayıt