Qelebə.az / İspaniyanın gənclərdən ibarət yığmasının müdafiəçisi "Atletiko"ya keçib

İspaniyanın gənclərdən ibarət yığmasının müdafiəçisi "Atletiko"ya keçib

23-07-2025, 16:33

İspaniyanın gənclərdən ibarət yığmasının müdafiəçisi Mark Pubil "Almeriya"dan Madrid "Atletiko"suna keçib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "Atletiko"nun rəsmi saytı məlumat yayıb.

O, yeni klubu ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 22 yaşlı futbolçu Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan İspaniya millisinin heyətində yer alıb.

Geri qayıt