Qelebə.az / Məhəmməd Ağakişiyev erməni rəqibinə ipponla qalib gəlib

Məhəmməd Ağakişiyev erməni rəqibinə ipponla qalib gəlib

24-07-2025, 15:39

Azərbaycan cüdoçusu Məhəmməd Ağakişiyev (73 kiloqram) XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına qələbə ilə başlayıb.

QELEBE.AZ xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan idmançı Ermənistanı təmsil edən Tiqran Saruxanyanla qarşılaşıb. Rəqibinə ipponla qalib gələn cüdoçumuz 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha əvvəl Amin Mehdiyev (81 kiloqram) də 1/4 finala vəsiqə əldə edib.

Geri qayıt