Xəbər verdiyimiz kimi, uzun illər "Bavariya" da çıxış edən Tomas Müller mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra Almaniya nəhəngindən ayrılıb.
QELEBE.AZ xəbər verir ki, Müllerin MLS-ə transfer olunacağı iddia edilib.
Məlumata görə, MLS-də mübarizə aparan "Vankuver Vaytkaps" alman ulduzu Tomas Müllerlə transfer danışıqlarına başlayıb.
Hələlik tərəflər arasında rəsmi razılıq əldə olunmasa da, transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.